“Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir”
https://azeri.sahartv.ir/news/dünya-i387206-qərbin_yekun_məqsədi_təkqütblü_dünyanı_dirçəltməkdir
“Dünyada baş verənlər ancaq Ukrayna ilə bağlı deyil. Bu, yeni dünya düzəni yaratmaq cəhdidir”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münaisbətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 23, 2022 09:29 Asia/Baku
  •  “Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir”

“Dünyada baş verənlər ancaq Ukrayna ilə bağlı deyil. Bu, yeni dünya düzəni yaratmaq cəhdidir”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münaisbətlər Universitetində tələbələr qarşısında çıxışında bildirib.

 SəhərAzəri-nin məlumatına əsasən, Rusiya XİN başçısı əlavə olaraq deyib: “Qərbin yekun məqsədi təkqütblü dünyanı dirçəltməkdir. Qərb istənilən rəqibini cilovlamaq istəyir. İndi bu Rusiyadır, növbəti hədəf Çin ola bilər”.

Lavrov Ukraynanın Rusiyanın müstəqilliyini boğmaq üçün alət kimi seçildiyini söyləyib: “Hazırda dünyada həyata keçirilən anti-Rusiya fəaliyyətləri Qərb sivilizasiyasının hökmü olacaq. Bütün maariflənmiş Qərb rusca olan hər şeyə qarşı “fas” əmri alıb" - deyə XİN başçısı qeyd edib.