Mart 30, 2022 10:53 Asia/Baku
  • buz şelfi çöküb
    buz şelfi çöküb

Antarktidanın şərqində Nyu-York şəhəri ölçüsündə və təxminən 1200 kvadratmetrlik nəhəng bir buz şelfi tamamilə çöküb.

SəhərAzəri-nin məlumatına əsasən "EuroNews"un məlumatına görə, NASA tərəfindən qeydə alınan peyk görüntüləri göstərir ki, buz şelfinin çökməsi 14-16 mart tarixləri arasında baş verib. Bu, tarixdə ilk dəfədir ki, yer kürəsinin buzlaqlarında belə bir hadisə baş verir. 

Çöküşdən sonra bu nəhəng buz kütləsinin uzunluğu 30 km və eni 18 km-ə qədər azalıb və sonra yenidən iki hissəyə parçalanıb.

Son bir neçə gündə Antarktidanın şərq bölgələrində müşahidə edilən anomal yüksək temperatur, şübhəsiz ki, bu buzların əriməsinin əsas səbəbi olub.

Teqlər