Bayden yenə ABŞ-ın neft ehtiyatlarına üz tutdu
ABŞ prezidenti xam neftin qiymətinin artan prosesilə mübarizə aparmaq üçün bir daha Amerikanın strateji ehtiyatlarından neft götürmək barədə göstəriş verib.
SəhərAzəri-nin məlumatına görə, Co Baydenin göstərişinə əsasən, qarşıdakı altı ayda bu ölkənin strateji ehtiyatlarından 180 milyon barrel xam neft götürülüb, bazara təqdim olunacaq.
Bu, strateji ehtiyatlardan neftin götürülməsi barədə Baydenin verdiyi üçüncü lisenziyadır. Bu, həm də Amerikanın strateji ehtiyatlarının təsis edildiyi zamandan bəri ən iri götürülmə miqdarıdır.
Bu miqdar, gündəlik bir milyon barrel xam neftin götürülməsinə bərabərlik etsə də, ekspertlərin sözlərinə görə, Rusiya neftinin ixracatının azalmasının yerini dolduracaq həddə deyildir.
Rusiya Ərəbistandan sonra dünyada ən böyük xam neft ixracatçısıdır.
Bayden Amerikanın neft ehtiyatlarından neftin götürülməsi barədə lisenziyanın verildiyini elan edərkən bildirdi ki, yaranmış fürsətdə Amerika neft şirkətləri öz hasilatlarını artıracaqlar.
Bu xəbərin elan olunmasının ardınca «West Texas Intermediate» markalı xam neftin qiyməti yeddi faiz azalma ilə təqribən hər barreldə yüz dollara çatıbdır.