Rusiyadan Belarusa qətiyyətli dəstək
https://azeri.sahartv.ir/news/dünya-i387578-rusiyadan_belarusa_qətiyyətli_dəstək
Kremlin sözçüsü bildirib ki, Rusiyanın Belarusa hərbi dəstəyi hərcəhətli və mükəmməldir və Moskva Minskə qarşı hər hansı hücumu Moskvaya qarşı hücum hesab edəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 03, 2022 12:56 Asia/Baku
  • Rusiya + Belarus
    Rusiya + Belarus

Kremlin sözçüsü bildirib ki, Rusiyanın Belarusa hərbi dəstəyi hərcəhətli və mükəmməldir və Moskva Minskə qarşı hər hansı hücumu Moskvaya qarşı hücum hesab edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov sonra belə qeyd edib: Biz müdafiə məsələlərindəki qarşılıqlı öhdəliklər altında, birincisi, öz ittifaqımız çərçivəsində, ikincisi isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müttəfiq olmuşuq.

Rusiya və Belarusun bir-birinə olan qarşılıqlı himayələrinə toxunan Peskov vurğulayıb ki, bu məsələdə heç bir şübhə yoxdur.

Kremlin sözçüsü həmçinin bildirib ki, Rusiyanın Ukraynaya hərbi hücumda məqsədi, 2014-cü il razılaşmalarına əsasən, Donetsk və Luqanskın istiqlaliyyətlərinin qaytarılmasıdır.

Peskov deyib: Rusiya Ukraynada rasist düşüncələrə son qoymağa və rus dilinin bu ölkədə öz yerini yenidən tutmasına çalışır.

Kremlin sözçüsü əlavə edib: Moskva Belarusda Kiyevlə müzakirələri davam etdirmək istəsə də, Ukrayna bunu istəmir.