Apr 06, 2022 20:12 Asia/Baku
  • Almaniya rəsmisi: Rusiyadan neft və qaz idxalının dayandırılması qeyri-mümkündür

Almaniyanın maliyyə naziri Rusiya neft və qazının idxalınının dayandırılmasının qeyri-mümkün olduğunu etiraf edib.

SəhərAzəri-nin məlumatına əsasən, "Röyters"in məlumatına görə, Kristian Lindner bildirib ki, ölkəsi Rusiya neft və qazının idxalının mümkün qədər tez dayandırmasını istəyir, lakin bu, dərhal mümkün deyil. 

Bu elə bir haldadır ki, Almaniya kəskin şəkildə Rusiyadan enerji idxalından asılıdır. 

Almaniyanın iqtisadiyyat naziri Robert Habek Qərbi Asiyaya səfərindən əvvəl gələn qışda ölkənin qaz təchizatından narahat olduğunu bildirmişdi.

Almaniya gələcəkdə nəinki yaşayış binalarını qazla təmin etməkdə çətinlik yaşayacaq, həm də çox güman ki, iqtisadiyyatının əsasını təşkil edən sənaye sahələrini qazla təmin etməkdə problemlə üzləşəcək. 

Teqlər