NATO daxilində ixtilaflar
Bəzi NATO ölkələri Rusiya ilə əlaqələrin tamamilə kəsilməsini tələb edirlər. Bəzi digərləri isə Moskva ilə təmasların qorunması vacibliyini vurğulayırlar.
SəhərAzəri-nin məlumatına əsasən, «Nyu-York Tayms» qəzeti NATO daxilində Rusiya ilə əlaqələr barədə ixtilafların olduğunu bildirib.
Məlumatlı mənbələrə istinad edən qəzet xəbər verir ki, Ukrayna ətrafındakı durumun fonunda Rusiya ilə daha çox əlaqələrin yaradılması tərzi barədə NATO ölkələri arasında fikir ayrılığı var.
İki yüksək vəzifəli rəsminin sözlərinə görə, Polşa və baltikyanı ölkələr Rusiya ilə əlaqələrin tamamilə kəsilməsinin və Rusiyanı dizə çökdürəcək səylərin tərəfdarıdırlar. Fransa, Almaniya və Türkiyə isə təmasların qorunması qənaətindədirlər.
«Nyu-York Tayms» sonra yazıb: Amma digər ölkələr inanırlar ki, Rusiyanı öz hökmranlıqları altına almaq asanlıqla mümkün deyil və müharibənin nəticəsi, ehtimal üzrə qarışıq olacaq.