Ukraynanın iddiası rədd edilib
https://azeri.sahartv.ir/news/dünya-i387774-ukraynanın_iddiası_rədd_edilib
Rusiya müdafiə nazirliyi Kiyevin, Ukraynanın Kramatorsk şəhər dəmiryolu stansiyasına rus raketinin atılmasına dair iddiasını rədd edib və onu təhrikedici bir iddia adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 08, 2022 17:17 Asia/Baku
  • Ukrayna
    Ukrayna

Rusiya müdafiə nazirliyi Kiyevin, Ukraynanın Kramatorsk şəhər dəmiryolu stansiyasına rus raketinin atılmasına dair iddiasını rədd edib və onu təhrikedici bir iddia adlandırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya müdafiə nazirliyi həmçinin bildirib ki, bu ölkənin silahlı qüvvələri bu gün Kramatorsk şəhərində heç bir tapşırıq yerinə yetirməyiblər.

Nazirlik vurğulayıb: Qəlpələri Kramatorsk şəhər dəmiryolu stansiyasının yaxınlığında tapılmış «Toçka-U» ballistik raketləri yalnız ukraynalı qüvvələr tərəfindən istifadə olunur.

Rusiya müdafiə nazirliyi qeyd edib ki, Ukrayna ötən ay da bu raketdən istifadə ilə Donetsk şəhərinin mərkəzini hədəfə almışdı.