İmran Xan "idxal edilmiş hökuməti" qəbul etməyəcəyini söylədi
Pakistanın baş naziri hökumət və parlamentin buraxılmasının ləğvinə dair Ali Məhkəmənin yekun qərarından bir gün sonra Vaşinqtonun İslamabadın müstəqil xaricisiyasəti qarşısındakı təkəbbürlü davranışını qınayaraq, deyib: "Pakistan xalqı qul deyil və heç vaxt xaricdən gətirilən hökuməti qəbul etməyəcək".
SəhərAzəri-nin məlumatına əsasən, İmran Xan cümə günü canlı televiziya çıxışında deyib: "Amerikalılar müxalifətin baş nazirə qarşı etimadsızlıq təklifi irəli sürəcəyindən vvəlcədən xəbərdar idilər və hətta onların diplomatları İslamabadda gizli şəkildə parlamentin üzvləri ilə görüşüblər".
İmran Xan Pakistan xalqını və partiyasının tərəfdarlarını onun təbirincə xaricdən gətirilən hökumətə qarşı ümummilli nümayişlər keçirməyə çağırıb və bildirib ki, Pakistan xalqı bazar günü gecəsi küçələrə çıxıb dinc nümayiş keçirəcək.
O, Pakistan səfirinin ABŞ-da bu ölkənin yüksək rütbəli diplomatı ilə görüşünə və Amerika tərəfinin Pakistan və onun hazırkı hökumətinə qarşı təkəbbürlü münasibətinə istinad edərək, deyib: "Amerikalılar İmran Xanın idarəolunmaz olduğunu başa düşdülər. Hansı ki, ABŞ-ın pilotsuz təyyarələrinin Pakistana hücumlarına, İraq müharibəsinə və Əfqanıstandakı humanitar böhrana qarşı daim səsini ucaldan yeganə şəxs olmuşam".
Pakistanın baş naziri ABŞ-ı Əfqanıstandakı dağıntılar, dinc əhalinin öldürülməsi və zəif ölkələrə qarşı təcavüzdə günahlandırıb və deyib: Pakistan xalqı qərar verməlidir ki, necə bir hökumət istəyir. müstəqil yoxsa kölə?
O, əlavə edib: "Pakistanın xarici siyasəti bütün ölkələrlə bərabərhüquqlu dostluq və birgə maraqlara əsaslanır və bu münasibətlər qarşı tərəfin birtərəfli istəyindən üstün olacaq".
Bu arada; Pakistanın daxili işlər naziri Şeyx Rəşid Əhməd cümə günü bildirib ki, Pakistanın Ədalət Hərəkatı qətiyyən təslim olmayacaq. O, deyib: "Dünya gücləri bizi müstəqilliyimizdən və suverenliyimizdən məhrum etməklə öz iradələrini Pakistana tətbiq etmək istəyirlər, amma uğursuzluğa düçar olacaqlar".
Pakistan Ali Məhkəməsinin parlamentin İmran Xana qarşı etimadsızlıq təklifini rədd etmək qərarını konstitusiyaya zidd hesab etməsindən sonra deyib: "Üç ay ərzində dəfələrlə bildirilib ki, növbədən kənar seçkilərin keçirilməsi və bütün insanların səsinə güvənmək Pakistandakı siyasi böhranın yeganə həll yoludur".