Pakistan ballistik raket sınaqdan keçirib
Pakistan ordusu bir ballistik raketi uğurla sınaqdan keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Pakistan ordusunun ictimai əlaqələr şöbəsi dünən bir məlumatda 2750 kilometrlik mənzilə malik «Şahin-3» adlı yer-yer tipli ballistik raketin uğurla sınaqdan keçirildiyini bildirib.
Məlumatda deyilir ki, bu raket sınağı silah sisteminin müxtəlif dizayn və texniki parametrlərinin yenidən təsdiqlənməsi məqsədilə həyata keçirilib.
Qeyd edək ki, «Şahin-3» raketi Pakistanın ən uzaq mənzilli ballistik raketi sayılır.
Hindistanı öz təhlükəsizliyi üçün potensial və daimi bir təhdid hesab edən Pakistan bu şərq qonşusu ilə yanaşı, öz hərbi qüdrətini artırmağa çalışır.
Xüsusən aralarındakı daimi çəkişmələrə görə gedən Pakistanla Hindistan arasındakı silah rəqabəti dünya ictimaiyyətinin nigarançılığına səbəb olub.