Konaşenkov Ukraynaya gələn xarici döyüşçüləri hədələdi
"Muzdluları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir"
Rusiya Müdafiə Nazirliyi Ukraynada döyüşən muzdlulara xəbərdarlıq edib.
SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynada xüsusi əməliyyat başlayandan indiyədək 1035 əcnəbi muzdlunu məhv edib.
Onun sözlərinə görə, daha 912 nəfər muzdlu isə Ukraynadan qaçıb: "Döyüş əməliyyatlarında Rusiya silahlı qüvvələri tərəfindən 1035 əcnəbi muzdlu məhv edilib . Daha 912 muzdlu isə döyüş əməliyyatlarında iştirakdan imtina edərək ölkədən qaçıb".
Konaşenkov onu da qeyd edib ki, Ukraynaya gələn muzdlular döyüşçü deyillər, onları gözləyən ən yaxşı şey uzunmüddətli həbsdir: "Xarici muzdlular beynəlxalq humanitar hüquqda “döyüşçü” statusuna malik deyillər. Onlar Ukraynaya slavyanları öldürməklə pul qazanmaq üçün gəliblər. Ona görə də onları gözləyən ən yaxşı şey cinayət məsuliyyəti və uzunmüddətli həbsdir.