“ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”
https://azeri.sahartv.ir/news/dünya-i388141-abŞ_öz_xeyrinə_ukraynada_uzunmüddətli_münaqişə_axtarır
Çinin “Global Times” qəzeti bir məqalə dərc edərək yazıb ki, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 18, 2022 07:40 Asia/Baku
  • “ABŞ öz xeyrinə Ukraynada uzunmüddətli münaqişə axtarır”

Çinin “Global Times” qəzeti bir məqalə dərc edərək yazıb ki, Rusiyanın xüsusi əməliyyatı başladıqdan sonra Vaşinqtonun demək olar ki, bütün hərəkətləri hərbi əməliyyatların uzadılmasına yönəlib.

SəhərAzəri-nin məlumatına əsasən, qəzet bunun üçün ABŞ-ın bütün səylərini səfərbər etdiyini yazır.

Məqalədə qeyd olunur ki, Vaşinqton müharibədə silah istehsalçılarına dəstək nümayiş etdirir.Hazırda silah şirkətlərinin səhmləri yüksək göstəricilərə malikdir.

Bundan əlavə, ABŞ Avropa və NATO-nun manipulyasiyasından geosiyasi dividendlər almaq istəyir.