İngilis--amerikan nifaq xətti müsəlmanları öldürməkdə davam edir
İŞİD terror qruplaşması Kabildə Əfqanıstan Ticarət Nazirliyinin qarşısında törədilən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
SəhərAzəri-nin məlumatına əsasən, dünən (cümə) axşam saatlarında Kabildə Ticarət Nazirliyinin binası qarşısında bomba partladılıb, nəticədə bir mülki şəxs həlak olub, digəri isə yaralanıb.
Partlayışa görə, məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Cümə günü, həmçinin Əfqanıstanın şimalındakı Kunduz əyalətinin "İmam Sahib" rayonunda yerləşən məsciddə partlayış baş verib ki, nəticədə 33 nəfər həlak olub, 43 nəfər isə yaralanıb.
Cümə axşamı günü də Məzar-Şərif şəhərində yerləşən şiə məscidinə qarşı terror hücumunda onlarla namazqılan öldürülüb və ya yaralanıb.
Əfqanıstandakı son terror əməliyyatları, İran və Əfqanıstan xalqları arasında davamlı olaraq, ixtilaf yaratmaqla yanaşı, həmçinin ABŞ-ın dəstəyi ilə İŞİD-in terror əməliyyatlarının başlanması, regionda əmin-amansızlığın və qeyri-sabitliyin artırılmasına yönəlmiş yeni hibrid müharibəsi yaratmaq üçün Vaşinqton və Londonun birgə strategiyası ilə əlaqələndirilir.
İyirmi illik işğaldan sonra əlini Əfqanıstandan üzülmüş görən ingilis-amerikan nifaq xətti öz düşmənçilik siyasətlərinin davamında regionda mütəmadi olaraq, təfriqə salmaqla məşum kölgəsini saxlamağa çalışır.
İslam dünyası coğrafiyasının digər tərəfində isə Neftali Bennettin çarəsiz hökumətinin Qəzzə, İordan çayının qərb sahili və 1948-ci ildə işğal edilmiş bölgələrdə fələstinlilərə qarşı vəhşi davranışı saxta sionist rejim tərəfdarları xüsusilə də ABŞ və İngiltərənin yaşıl işığı ilə həyata keçirilir.