ABŞ prezidenti "erməni soyqırımı"-nı rəsmən tanıdı
ABŞ prezidenti Co Bayden dünən bir bəyanatda Osmanlı hakimiyyəti dövründə erməni soyqırımını tanıyıb.
SəhərAzəri-nin verdiyi məlumata görə,Bayden bəyanatında deyir: "Biz hər il belə bir gündə Osmanlı hakimiyyəti dövründə erməni soyqırımı zamanı öldürülənləri yad edir və bir daha bu cür hadisələrin təkrarlanmaması üçün öz öhdəliklərimizi vurğulayırıq".
ABŞ prezidenti bəyanatın davamında yazıb: "1915-ci il aprelin 24-də bir milyon yarım erməni Osmanlı imperiyası tərəfindən qırğın edilib".
Son illərdə bəzi ölkələr Osmanlı İmperiyasının Birinci Dünya Müharibəsi zamanı erməniləri qırğın etdiyini iddia edərək, bunu soyqırım adlandırırlar. Bu elə bir haldadır ki, Türkiyə erməni soyqırımı ilə bağlı hər hansı iddianı kəskin şəkildə rədd edib və onun tanınmasını düşmənçilik adlandırıb.
Şimali Atlantika Alyansı NATO-da ABŞ-ın əsas müttəfiqi olan Türkiyə dəfələrlə erməni soyqırımını tanımaqla bağlı Vaşinqtona xəbərdarlıq edib və bunun Birinci Dünya Müharibəsi zamanı münaqişənin bir hissəsi olduğunu bildirib.
Bayden şənbə günü verdiyi açıqlamada hadisə üçün keçmiş soyqırım sözünü işlətdi; Hansı ki, ABŞ-ın keçmiş prezidentləri ondan istifadə etməmişlər.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə bir Tvittdə Baydenin bu hərəkətini tənqid edib: “Bəzi qərb liderlərinin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – deyə Çavuşoğlu bildirib.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bit Tvittdə yazıb ki, Bayden işlətdiyi ifadə ilə həyatını itirənlərin xatirəsini andı: “ Amerika bird aha insan haqları və ümumbəşəri dəyərləri qorumaqdakı sarsılmaz öhdəliyini nümayiş etdirmiş oldu”,- Paşinyan tvitter səhifəsində yazıb.
Ötən çərşənbə günü ABŞ Konqresinin 100-dən çox üzvü prezidentə məktub yazaraq, onu 1915-ci il aprelin 24-də baş verən hadisələri rəsmi olaraq, soyqırım kimi tanımağa çağırıblar.
Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi ondan ibarətdir ki, ermənilərin Şərqi Anadoluda ermənilərin ölümü onların bir neçəsinin Rusiyanın bölgəyə hücumunu dəstəklədiyi və Osmanlı İmperiyasına qarşı üsyana qalxdığı zaman baş verib.
Türkiyə hadisə üçün soyqırım sözünün işlədilməsinin əleyhinədir və bu faciənin münaqişənin hər iki tərəfi üçün itkilərlə nəticələndiyini deyir.