Moskva Vaşinqtona nota verib
Apr 25, 2022 10:15 Asia/Baku
Moskva Vaşinqtona Kiyevə silah göndərməsini dayandırması tələbi ilə nota verib.
SəhərAzəri-nin verdiyi məlumata görə,Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib ki, ABŞ-ın Ukraynanı təpədən-dırnağa qədər silahlandırması qəbuledilməzdiri və rəsmi Moskva bununla əlaqədar ABŞ-a nota verib:
“Vaşinqtondan Kiyevə 800 milyon dollar, məhz bu məbləğdə silah veriləcək. Bu böyük rəqəmdir və situasiyanın diplomatik həlli yollarına töhfə vermir. Nota vermişikmi? Bəli, biz ABŞ-ın Ukraynanı təpədən-dırnağa silahlandırmasının qəbuledilməz olduğunu vurğuladıq. Biz bu praktikanın dayandırılmasını tələb etdik”, - səfir vurğulayıb.
ABŞ Ukraynanın müharibə səylərini dəstəkləmək məqsədi ilə əlavə 700 milyon dollarlıq hərbi yardım edəcəyini bildirib.
Teqlər