Pekin koronavirusu cilovlamaq üçün yüksək hazırlıq vəziyyətinə keçir
https://azeri.sahartv.ir/news/dünya-i388417-pekin_koronavirusu_cilovlamaq_üçün_yüksək_hazırlıq_vəziyyətinə_keçir
Çinin paytaxtı Pekin, Covid-19 virusuna yoluxma hallarının artması fonunda bu virusu cilovlamaq üçün yüksək hazırlıq vəziyyətinə keçib. Şanxayda təxminən 25 milyon sakin aprelin əvvəlindən evlərinə qapanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2022 15:16 Asia/Baku
  •  koronavirus
    koronavirus

Çinin paytaxtı Pekin, Covid-19 virusuna yoluxma hallarının artması fonunda bu virusu cilovlamaq üçün yüksək hazırlıq vəziyyətinə keçib. Şanxayda təxminən 25 milyon sakin aprelin əvvəlindən evlərinə qapanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Pekin sakinləri Şanxay hadisələrindən ehtiyat edirlər və karantinin qorxusundan zəruri ərzaq ehtiyatlarını artırmaq üçün kütləvi şəkildə supermarketlərə gedirlər və ya onlayn satış platformalarına müraciət edirlər. 

İdman zalları kursları ləğv etməyə və hətta bağlamağa başlayıb. Lakin Pekində həyat nisbətən normaldır və mağazalar və restoranlar açıqdır.