Alman şirkət Rusiya qazı pulunun rublla ödənişi üzrə müzakirə aparır
Almaniyada Rusiyadan qaz idxal edən ən iri şirkət olan Yuniper enerji şirkəti Moskvanın/ qaz pulunun rublla ödənişinə dair tələbinin icra tərzi barədə Almaniya hökuməti və Qazprom şirkətilə müzakirə aparmaqdadır.
SəhərAzəri-nin məlumatına əsasən, Yuniper enerji şirkəti cari ilin ilk rübünün yekun nəticələrilə yanaşı yaydığı məlumatda qaz təqdiminə xələlin gəlməsi barədə nigarançılıq yaratmış bu hökmün ehtimal üzrə icra edilməsi haqda Almaniya hökuməti və Qazprom şirkətilə intensiv danışıqlara işarə edib. Şirkət müzakirələr barədə artıq detallar təqdim etməyibdir.
Avropa Birliyinə üzv ölkələrdə istehlak edilən təbii qazın qırx faizə yaxını Rusiyadan idxal edilir. Bu təbii qaz yaşayış obyektlərinin qızdıırılması və elektrik istehsalında istifadə edilməklə yanaşı, Avropa ölkələri iqtisadiyyatlarını hərəkətə gətirən çarx hesab edilir.