May 13, 2022 17:09 Asia/Baku
  • Sanksiyalar Ukraynada sülh yaratmayacaq

Çinin BMT-dəki daimi nümayəndəsinin müavini deyib: Sanksiyalar Ukraynada sülh ilə nəticələnməyəcək, əksinə yalnız qida və enerji böhranının kəskinləşməsinə kömək edəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Day Bin BMT Təhlükəsizlik Şurasının yığıncağında bildirib ki, sanksiyalar bütün dünyadakı uşaqlara olduqca baha başa gələcək.

O, əlavə edib: Ümid edirik ki, Rusiya və Ukrayna humanitar məsələlər barədə əməkdaşlığı artırmağı davam etdirəcək və müharibənin insani nəticələrinin azaldılması üçün əllərindən gələni əsirgəməyəcəklər.

Bu Çin diplomatı deyib: Pekin Rusiya və Ukraynadan istəyir ki, müzakirələr yoluna geri dönsün və sülhün bərpası üçün siyasi şəraitin yaradılmasını davam etdirsinlər.

 

Teqlər