Conson Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə mane olur
https://azeri.sahartv.ir/news/dünya-i389305-conson_ukraynadakı_vəziyyətin_sülh_yolu_ilə_həllinə_mane_olur
Britaniyanın baş naziri Boris Conson və onun ətrafı Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 21, 2022 12:16 Asia/Baku
  • Conson Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinə mane olur

Britaniyanın baş naziri Boris Conson və onun ətrafı Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanmasına mane olur.

SəhərAzəri-nin məlumatına əsasən, bu fikirlərlə Amerikanın "Bloomberg" agentliyinin köşə yazarı Pankac Mişra çıxış edib. 

Onun sözlərinə görə, Consondan başqa Ukrayna ərazisində sülhün bərqərar olmasına Britaniyanın xarici işlər naziri Liz Trass və müdafiə naziri Ben Uolles də mane olur.

Mişra hesab edir ki, Britaniya siyasətçiləri Ukraynadakı münaqişədən istifadə edərək öz siyasi kapitallarını gücləndirməyə çalışırlar.

Mişranın bildirdiyinə əsasən, problem ondadır ki, Conson əslində Britaniyanın iştirak etmədiyi bir münaqişəni alovlandırır.