May 25, 2022 14:46 Asia/Baku
  • Texasda atəşaçma

ABŞ-ın Texas ştatında atəşaçma nəticəsində indiyədək on doqquz nəfər ölüb.

ABŞ-ın Texas ştatının təhlükəsizlik rəsmilərindən olan Erik Estrada deyib ki, atəşaçma ştatın Yuvalde şəhərində yerləşən Robb ibtidai məktəbində baş verib. Bu hadisədə on səkkiz məktəbli və bir müəllim öldürülüb.

Hadisədə atəş açan şəxs də öldürülübdür.

Atəşaçma amili, Salvador Ramos adlı on səkkiz yaşlı gənc olub.

Hələ atəşçmadakı məqsəd barədə məlumat yayılmayıb, amma Amerikanın yerli rəsmiləri deyiblər ki, həmin hadisəyə görə, bu şəhərdəki bütün məktəblər bağlanıbdır.

Rəsmi məlumatlara görə, Amerikada üç yüz milyon ədədə yaxın odlu silah var, yəni demək olar ki, bu ölkədə adambaşına bir silah düşür.

Amerikada silah gəzdirməyin azad olması gündəlik olaraq, bu ölkə boyu atışma ilə bağlı zorakılıqlara gətirib çıxarır ki, onların bir çoxu, ölümcüldür, amma Amerikadakı silah lobbisi o qədər güclüdür ki, indiyədək bu ölkə konqresi silah daşımanı məhdudlaşdırmaq üçün heç bir addım atmağa hazır olmayıbdır.

Amerika xalqı dünya əhalisinin təqribən beş faizini təşkil etsə də, silahla kütləvi qətllər törədənlərin təxminən otuz bir faizini özündə ehtiva edir.

Teqlər