May 28, 2022 10:16 Asia/Baku

Pentaqon sözçüsü Con Kirbi deyib ki, Putin Ukraynanın suverenliyini əlindən ala bilməmişdir.

SəhərAzəri-nin məlumatına əsasən, amerikalı rəsmi qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin indiyədək Kiyevlə sülh danışıqları aparmaq istəyini ifadə etməyib. Və o Ukrayna ilə müharibədə indiyədək heç bir strateji məqsədə nail olmayıb.

Kirbi sonra deyib: “Putin, Ukraynanın suverenliyini əlindən almadı, əksinə, ukraynalılara müstəqilliyin həqiqətən nə qədər vacib olduğunu bir daha göstərdi və onlar hər gün bunun üçün mübarizə aparırlar. O, paytaxtı tutmadı, "hökumətin başını kəsmədi". Mariupoldan başqa heç bir böyük şəhəri ələ keçirməyib”.

O qeyd edib ki, Putin danışıqlara hazır deyil.

ABŞ-ın Müdafiə Nazirliyinin sözçüsü onu da xəbər verib ki, Pentaqon və Dövlət Departamenti ölkənin Kiyevdəki səfirliyinin mühafizəsi üçün hərbi kontingentin göndərilməsi imkanını aktiv şəkildə müzakirə edir.

Onun sözlərinə görə, bu barədə hələlik heç bir qərar qəbul edilməyib.

“Biz səfirliyimizin təhlükəsizliyini təmin etmək üçün ABŞ hərbi kontingentinin Kiyevə göndərilməsi mövzusunda Dövlət Departamenti ilə fəal məsləhətləşmələr aparırıq. Lakin məsələ ilə bağlı hələlik heç bir qərar qəbul edilməyib”, - deyə o, brifinq zamanı bəyan edib.

Kirbi vurğulayıb ki, ABŞ Ukrayna ərazisindəki hərbi əməliyyatlarda öz qoşunlarından istifadə etmək niyyətində deyil.

Xatırladaq ki, ABŞ-ın provokasiyaları vəziyyətin gərginləşməsinə bais olub və Rusiya ilə Ukrayna arasında ziddiyyətləri dərinləşdirib. Hazırda isə müharibəni qızışdırmaqla məşğuldur. 

Teqlər