Neftin qiyməti 119 dolları keçib
Neft qiymətləri keçən həftə 6 faiz artaraq, 119 dolların üzərində bağlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, Brent markalı neft 2,3 dollar bahalaşaraq, 119,43 dollara, ABŞ-ın xam neftinin hər bir barreli isə 98 sent bahalaşaraq, 115,07 dollara satılıb.
Ötən həftə Brent nefti 6 faiz, ABŞ xam nefti isə 1,5 faiz bahalaşıb.
Neftin bahalaşması dünyada yanacağa tələbatın yüksək olması ilə bağlıdır. Bazar analitiki John Kilduff deyib: "Əsas mallara, xüsusən də benzinə tələbat yüksəkdir və bu, xam neftin qiymətlərini artırıb".
Avropa İttifaqına üzv ölkələr, Rusiyaya qarşı neft embarqosunu müzakirə edirlər, hansı ki, neftin gəmi ilə daşınmasını qadağan edən, lakin Macarıstan kimi ölkələrin diqqətini cəlb etmək üçün neft kəmərinə qarşı sanksiyaları gecikdirir.