Aİ liderləri Rusiyadan neft idxalının 90 faizini qadağan etməyə razılaşıblar
https://azeri.sahartv.ir/news/dünya-i389644-aİ_liderləri_rusiyadan_neft_idxalının_90_faizini_qadağan_etməyə_razılaşıblar
Avropa İttifaqı liderləri bazar ertəsi Moskvaya qarşı yeni sanksiyaların bir hissəsi olaraq, cari ilin sonuna qədər Rusiyadan neft idxalının təxminən 90 faizini azaltmaq barədə razılığa gəliblər.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 31, 2022 08:56 Asia/Baku
  • Aİ liderləri Rusiyadan neft idxalının 90 faizini qadağan etməyə razılaşıblar

Avropa İttifaqı liderləri bazar ertəsi Moskvaya qarşı yeni sanksiyaların bir hissəsi olaraq, cari ilin sonuna qədər Rusiyadan neft idxalının təxminən 90 faizini azaltmaq barədə razılığa gəliblər.

SəhərAzəri-nin məlumatına əsasən, 27 dövlətdən ibarət təşkilat Rusiya neftinə tam qadağa qoyulması üzərində həftələrlə davam edən çətin danışıqlardan nəhayət konsensusa gəliblər və Macarıstan, Slovakiya və Çexiyaya Rusiyadan xam neft tədarükünü dayandırmaq üçün əlavə vaxt verməklə yanaşı bloka Rusiya neftinin böyük hissəsinin idxalını qadağan etmək barədə razılığa gəliblər.

Bu addımı Avropa Şurasının sədri Şarl Mişel bir tvitdə şərh edib.

"Rusiya neftinin Avropa İttifaqına ixracını qadağan edən saziş. Bu, dərhal Rusiyadan neft idxalının üçdə ikisindən çoxunu əhatə edir və Moskvanın döyüş maşını üçün böyük maliyyə mənbəyini kəsir", - deyə o, öz tvitində bildirib.

Avropa Şurasının rəhbəri xatırladıb ki, Avropa İttifaqı liderlərinin bu qərarı müharibəni bitirmək üçün Rusiyaya qarşı maksimum təzyiq göstərmək məqsədi ilə qəbul edilib.