Ukrayna: ABŞ silahları ilə Rusiyaya hücum etmək niyyətində deyilik
İyun 01, 2022 15:18 Asia/Baku
Ukrayna prezidenti ABŞ-ın bu ölkəni orta mənzilli silahlarla təchiz etməsini xahiş edərək, deyib ki, Kiyev Rusiya ərazisinə hücum etmək niyyətində deyil.
SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna prezidenti Volodimir Zelenski dünən axşam ABŞ-ın "Newsmax" telekanalına bildirib ki, Ukrayna ABŞ-dan almağı gözlədiyi qabaqcıl raket sistemlərindən Rusiya ərazisinə hücum etmək üçün istifadə etməyəcək.
Ukrayna prezidenti eyni zamanda ABŞ-dan 100 kilometrdən çox effektiv atəş məsafəsi olan sistemləri Ukraynaya verməsini istəyib.
Teqlər