Aİ-nin hava məkanı Lavrovun təyyarəsi üçün bağlanıb
Rusiya XİN sözçüsü bildirib ki, Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağlayıb.
SəhərAzəri-nin məlumatına əsasən,Rusiyanın Xarici İşlər Nazirliyi, Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiq edib.
Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində bildirib.
"Siz kanalların açılmasından danışırsınız, amma 1 saat əvvəl Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağladı", – deyə Zaxarova bildirib.
Xatırladaq ki, Ukraynaya hücum etdiyinə görə İslandiya, Belçika və Danimarka Rusiya təyyarələri üçün hava məkanlarını bağladıqlarını açıqlamışdılar.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada hərbi hücuma başlayıb.
Rusiya prezidenti Vladimir Putin bunun səbəbini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.