Qərb ölkələrindəki inflyasiya onların öz səhvlərinin nəticəsidir
https://azeri.sahartv.ir/news/dünya-i389991-qərb_ölkələrindəki_inflyasiya_onların_öz_səhvlərinin_nəticəsidir
Rusiya prezidenti deyib ki, bəzi iddialara rəğmən, Qərb ölkələrində baş alıb gedən inflyasiyanın Moskva ilə əlaqəsi yoxdur və bu, onların özlərinin səhvlərinin nəticəsidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 10, 2022 12:57 Asia/Baku
  •  Vladimir Putin
    Vladimir Putin

Rusiya prezidenti deyib ki, bəzi iddialara rəğmən, Qərb ölkələrində baş alıb gedən inflyasiyanın Moskva ilə əlaqəsi yoxdur və bu, onların özlərinin səhvlərinin nəticəsidir.

SəhərAzəri-nin məlumatına əsasən, Vladimir Putin qeyd edib ki, Rusiya kimi bir ölkənin kənardan hasarla məhdudlaşdırılması mümkünsüzdür.

Rusiya heç vaxt qapalı bir iqtisadiyyat olmayacaq- deyən Putin əlavə edib: Moskva SSRİ qaydası ilə öz ətrafında «dəmir pərdə» yaratmaq ardınca deyil və ticarət etmək istəyəcəyi hər bir ölkə üçün açıq qalmağa üstünlük verir.

Rusiya prezidenti həmçinin şəxsən onun Qərb ölkələrində baş alıb gedən inflyasiyada məsuliyyət daşımasına dair iddialara işarə ilə deyib: Bu, onların özl səhvlərinin nəticəsidir.