Lavrovdan ilginc açıqlama
Rusiya heç kimə hücum etməyib!!!
İyun 17, 2022 11:25 Asia/Baku
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Ukraynada “heç kimə hücum etməyib”, Ukrayna hakimiyyəti isə “mülki əhaliyə və şəhərlərə hücum edir”.
SəhərAzəri-nin məlumatına əsasən, Lavrov öz fikirlərini belə izah edib: "Biz heç kimə hücum etməmişik. Ukraynada ruslara hücum edilib. Rusiyanın başqa seçimi yox idi, bütün bunları ölkə rəhbərliyi dəfələrlə izah edib. İndi sizin Qərb silahlarınızla Ukrayna rejimi dinc əhaliyə, şəhərlərə hücum edir. Necə ki, 2014-cü ildə iğtişaşçılar hakimiyyətə gələndə, Luqanskın mərkəzini təyyarələrdən bombalayırdı, Odessada 50 nəfəri yandırırdı", deyə Rusiyanıln XİN başçısı bildirib.
Lavrov onu da bildirib ki, Ukrayna özü Rusiya ilə danışıqlar aparmaq istəmir.