İyun 18, 2022 10:38 Asia/Baku
  • ABŞ Ukrayna müharibəsində məqsədinə çatdımı?

Ukrayna müharibəsi başladığı gündən Kiyevə böyük həcmdə hərbi yardımlar edən Amerika Birləşmiş Ştatlar Ukraynaya zərbə PUA-ları satmaqdan imtina edib

SəhərAzəri-nin məlumatına görə, Reuters xəbər agentliyi məlumatlı mənbəyə istinadla xəbər verib ki, ABŞ Ukraynaya 4 ədəd “MQ-1C Gray Eagle” zərbə PUA-larını satmaqdan imtina edib.

Mənbə bildirib ki, qərar Pentaqonun ciddi araşdırmasından sonra qəbul edilib. Məlumatda bunun səbəbi yüksək texnologiya məhsulu olan dronların Rusiya hərbçilərinin əlinə keçə biləcəyi ehtimalı ilə əsaslandırılıb.

ABŞ prezidenti son günlər Ukrayna müharibəsinin başlanmasında bu ölkə prezidenti Volodimir Zelenskini günahlandırmışdı.

Öncə də ABŞ-ın dünya şöhrətli siyasətçisi Henri Kesincer Davus İqtisadi Forumunda etdiyi çıxışında Ukraynanı torpaq güzəştinə getməyə çağırmışdı.

Baş verənlər belə bir fikir formalaşdırıb ki, ABŞ Ukrayna müharibəsindən istədiyini götürüb və indi Ukraynanın taleyi Ağ evi maraqlandırmır.

Teqlər