İyul 02, 2022 19:52 Asia/Baku
  • Avrozonada inflyasiya iyun ayında 8,6 faizə çatıb

Avrozonada inflyasiya iyun ayında əvvəlki ilə nisbətən 8,6 faiz artıb ki, bu da 1991-ci ildə bu regionun formalaşması və avronun milli valyutalarla əvəzlənməsindən bəri ən yüksək göstəricidir.

SəhərAzəri-nin məlumatına əsasən, İyun ayında inflyasiyanın əsas hərəkətverici qüvvəsi Rusiya-Ukrayna müharibəsi səbəbindən kəskin bahalaşan enerji və ərzaq qiymətləri olub.

Avropa Statistika Xidməti (Eurostat) Avrozonanın iyun ayı üzrə inflyasiya məlumatlarını açıqlayıb.

Avro Bölgəsində may ayında 8,1 faiz olan illik inflyasiya, keçən ay 8,6 faizə yüksəlib. Halbuki, iqtisadçılar iyun ayında inflyasiyanın 8,5 faiz olacağını gözləyirdilər.

Hauck Aufhäuser Lampe özəl bankının baş iqtisadçısı Alexander Krueger deyir ki, "inflyasiya faciəsi" növbəti mərhələyə qədəm qoyur və hələ pik həddə çatmayıb.

Ötən ay Avrozona ölkələrində orta inflyasiyanın səviyyəsi əvvəlki ayla müqayisədə 0,5 faiz, may ayı ilə müqayisədə isə 1,2 faiz artıb.

Beləliklə, bu regionda inflyasiya Avropa Mərkəzi Bankının hədəfinin dörd qatından daha yüksək olub, hansı ki, qiymətlərin iki faiz artmasını ideal bir iqtisadi vəziyyət elan etmişdi.

Teqlər