İyul 06, 2022 12:40 Asia/Baku
  •  ABŞ və müttəfiqləri Rusiya və Belarus idmanını təcrid etməyə çağırıblar

ABŞ və müttəfiqləri çərşənbə axşamı bir daha beynəlxalq idman ictimaiyyətini Rusiya və Belarus idman təşkilatlarının fəaliyyətini dayandırmağa və Rusiyalı və Belaruslu şəxsləri idman ictimaiyyətində vəzifələrdən kənarlaşdırmağa çağırıb.

"Milli və beynəlxalq idman təşkilatları Rusiya və Belarus ərazisində idman yarışlarının yayımlanmasının dayandırılması məsələsini nəzərdən keçirməlidir", deyə Dövlət Departamentinin 30-dan çox ölkənin nümayəndələri ilə birgə bəyanatında bildirilir. "Rusiya və Belarusun dövlət bayraqları, gerbləri və himnləri isə qadağan edilməlidir".

"Bundan başqa, biz beynəlxalq idman ictimaiyyətini bir daha mümkün olan hər yerdə Ukrayna idmanını dəstəkləməklə Ukrayna xalqı ilə həmrəyliyini nümayiş etdirməyə çağırırq", deyə bəyanatda bildirilir.

ABŞ və onun qərb müttəfiqləri Rusiya və Belarusun idman sahəsində təcrid edilmələri ilə bağlı çağırışlarını Rusiyanın Ukraynanı işğalı ilə əsaslandırırlar. Halbuki İran İslam Respublikasının on illər boyu işğalçı sionist rejimin idmançıları ilə rəqabətləri rəsmən tanımaması mövzusunda idmanın siyasət meydanı olmadığını iddia edirlər.

Teqlər