Kiyev Türkiyə səfirini çağırtdırıb
https://azeri.sahartv.ir/news/dünya-i390907-kiyev_türkiyə_səfirini_çağırtdırıb
Ukrayna Xarici İşlər Nazirliyi dünən Türkiyənin bu ölkədəki səfirini çağırtdırıb və rəsmi Kiyevin bir Rusiya gəmisinin Türkiyənin Karasu limanından çıxmasına olan etirazını ona elan edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 08, 2022 06:50 Asia/Baku
  • gəmi
    gəmi

Ukrayna Xarici İşlər Nazirliyi dünən Türkiyənin bu ölkədəki səfirini çağırtdırıb və rəsmi Kiyevin bir Rusiya gəmisinin Türkiyənin Karasu limanından çıxmasına olan etirazını ona elan edib.

SəhərAzəri-nin məlumatına əsasən, Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi öz açıqlamasında bildirib: Türkiyə rəsmilərinə təqdim etdiyimiz cinayət dəlillərinə rəğmən, Ukraynadan oğurlanmış taxılla dolu olan Rusiyanın “Jibek Juli” gəmisinə Türkiyənin Karasu limanından çıxmaq icazəsinin verilməsinə görə təəssüf edirik.

Türkiyənin Kiyevdəki səfiri bu qəbuledilməz vəziyyətə aydınlıq gətirmək üçün Ukrayna Xarici İşlər Nazirliyinə dəvət olunacaq- deyə, Ukrayna rəsmisi əlavə edib.

Belə bir halda, Türkiyə gömrüyündəki bir mənbə bildiribdir ki, ötən bazar ertəsi günü saxlanılmış Rusiya yük gəmisi Türkiyə limanını tərk edə bilər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bundan qabaq İngiltərə xarici işlər nazirinin də iştirak etdiyi bir mətbuat konfransında vəd etmişdi ki, Türkiyə Rusiya tərəfindən Ukrayna taxılının oğurlanması ilə bağlı iddiaları araşdıracaq.