İyul 09, 2022 15:23 Asia/Baku
  • Şri-Lankada etirazçılar prezident sarayını mühasirəyə alıblar

Şri-Lankanın paytaxtı Kolombo şəhərində minlərlə etirazçı prezident sarayına basqın edib, oranı mühasirəyə alıb.

SəhərAzəri-nin məlumatına əsasən, Şri-Lankanın paytaxtı Kolomboda dərin iqtisadi böhran və məişət şəraitinin pisləşməsi səbəbindən hökumət əleyhinə kütləvi etirazlar davam edir və bu istiqamətdə etirazçılar bu gün prezidentin rəsmi iqamətgahına basqın edib, oranı mühasirəyə alıblar. 

Kolomboda ölkənin hər yerindən gəlmiş minlərlə etirazçı əllərində qara bayraq tutaraq, komendant saatını pozub, polis barrikadalarını keçərək prezidentin iqamətgahına hücum edib.

Şri-Lanka mətbuatının məlumatına görə, polis etirazçıları dağıtmaq üçün havaya atəş açıb. Həmçinin, Asiya mediasının məlumatına görə, qəzəbli etirazçıların saraya hücumdan əvvəl Şri-Lanka prezidenti Qotabaya Racapaksa öz iqamətgahından təhlükəsiz yerə köçürülüb.

Dünən yerli vaxtla saat 21:00-dan etibarən komendant saatı tətbiq edilmişdi ki, siyasətçilərin və müxalifət nümayəndələrinin etirazına görə ləğv edilib.

Teqlər