ÜST Avropada çətin payız və qış xəbərdarlığı edir
İyul 20, 2022 08:53 Asia/Baku
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropada sürətlə artan COVID-19 hadisələri fonunda "çətin payız və qış" olacağı barədə xəbərdarlıq edib.
SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Kluge deyib: "Nəzarətin azalması ilə koronavirusa yoluxma hallarının sürətli artması bu beynəlxalq təşkilatı Avropada çətin payız və qış proqnozlaşdırmağa sövq edir".
Kluge bildirib ki, Avropada hələ də hər həftə təxminən 3 minə yaxın insan COVID-19-dan ölür.
Demək olar ki, bütün Avropa ölkələrində bu xəstəliyə yoluxma hallarının sayı artır və Portuqaliya, Lüksemburq, Fransa, Yunanıstan, Kipr, Almaniya və Avstriya ən yüksək yoluxma göstəriciləri ilə liderlik edirlər.