İyul 26, 2022 12:44 Asia/Baku
  •  Mariya Zaxarova
    Mariya Zaxarova

Avropa Birliyinin Kiyev rəsmilərinin korrupsiyalarına laqeydliyini tənqid edən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: Onlar Ukraynaya hərbi yardımı davam etdirməklə daha çox düşmənçiliyə sərmayə yatırırlar.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya-Ukrayna müharibəsindən beş ay keçir.

Bu müharibə başlayandan bəri Amerika və Avropa ölkələri anti-Rusiya sanksiyaları tətbiq etməkdən əlavə, Ukraynaya silah və hərbi texnika göndərməklə bu müharibəni daha da alovlandırıblar.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bazar ertəsi günü axşam Avropa Birliyində Ukraynaya əlavə hərbi yardımların qəbul edilməsini kəskin tənqid atəşinə tutub.

Zaxarova söyləyib: Avropa Birliyi Ukraynaya silah göndərməyi davam etdirdiyi bir halda, Kiyev rəsmilərinin geniş korrupsiyalarına göz yumur.

Bu yüksək vəzifəli rus diplomat sonra belə qeyd edib: Ötən beş ay ərzində Qərb silahlarının Ukraynaya intensiv şəkildə axıdılması davam edib. Onlar bu siyasətin Avropa Birliyi və onun vətəndaşlarının daxili təhlükəsizlikləri üçün yaratdığı misli görünməmiş təhlükələr barədəki xoşagəlməz həqiqəti gizlətməyə çalışıblar.

Avropa rəsmilərinin Kiyev rəsmilərinin korrupsiyasına göz yumduqalrını dilə gətirən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib ki, hər şey Avropa Birliyinin və ona üzv ölkələrin dövlət başçılarının Rusiyaya daha çox zərər vurmaq üzrə mənsəbpərəstliklərinə qurban verilib.

 

Teqlər