İyul 29, 2022 10:22 Asia/Baku
  •  “Odla oynasan özünü yandırarsan”

Çin lideri Baydenə Tayvana görə sərt xəbərdarlıq edib. Bu barədə Çin Sədri ABŞ Prezidenti ilə telefon danışığında bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Çin tərəfi Çin lideri Si Cinpin və ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı barədə rəsmi məlumat yayıb. 

CCTV-nin məlumatına görə, söhbət zamanı Si Cinpin qeyd edib ki, Tayvan məsələsində Çin öz suverenliyini müdafiə etməyə hazırdır. 

"Çin hökumətinin və Çin xalqının “Tayvan məsələsi” ilə bağlı mövqeyi ardıcıl olub və 1,4 milyarddan çox çinli Çinin milli suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etmək əzmindədir", - deyə Çin lideri bildirib.

Ölkə başçısı ABŞ-a rəsmən xəbərdarlıq edib: " İctimai rəyə laqeyd yanaşmaq olmaz, odla oynasan özünü yandırarsan. Ümid edirəm ki, Amerika tərəfi bunu aydın başa düşür”, - deyə Çin lideri bildirib. 

Qeyd edək ki, Ağ Ev telefon danışığı barədə ətrafı məlumat yaymayıb, yalnız görüşün 2 saat 17 dəqiqə davam etdiyi bildirilib.

Teqlər