İyul 29, 2022 14:31 Asia/Baku
  • PUA
    PUA

Bir amerikan qəzet ekspertlərə istinadən yazıb ki, İran pilotsuz uçuş aparatlarının ixracatı sahəsində beynəlxalq oyunçuya çevrilib və bu istiqamətdə Qərbi Asiyadan kənarda olan ərazilərdə nüfuzunu artırmaqdadır.

SəhərAzəri-nin məlumatına əsasən, Bu amerikan qəzet iddia edib ki, İran Qərbi Asiyadan kənarda olan ölkələrə pilotsuz təyyarə texnologiyalarının satışını artırıb və bu məhsulların təqdim edilməsi sahəsində beynəlxalq oyunçuya çevrilməyə səy göstərir.

Nyu-York Tayms qəzeti yazıb: İran ötən illərdə hərbi pilotsuz təyyarələrin dizaynı və istehsalı sahəsində “intensiv irəliləyiş”ə malik olub və bu pilotsuzların Qərbi Asiyadan kənarda olan ölkələrə ötürülməsini artırıbdır.

Nyu-York Tayms iddia edib: İran beynəlxalq nüfuzunu artırmaq səyi istiqamətində hazırda modern hərbi pilotsuz təyyarələrini digər ölkələrə, o sıradan Venesuela və Sudan kimi sanksiyalar altında olan ölkələrə təqdim etməyə çalışır.

Nyu-York Tayms qəzeti yazıb ki, bu iddia, İran medialarında yayılan məlumatlara, peyk görüntülərinə və İranın daxili və xaricindəki müdafiə ekspertlərinin sözlərinə istinad edir.

Qəzet sonra yazıb: Bu məsələ Amerika tərəfindən tətbiq olunmuş maliyyə məhdudiyyətləri ilə mübarizə aparmaqda olan İran üçün mühüm sərmayə təmini və siyasi nüfuz mənbəyinə çevrilib.

Bu məlumata görə, Rusiya hazırda İranın potensial müştərilərindən biridir. Amerika rəsmiləri ötən həftələrdə iddia etdilər ki, Moskva Ukraynaya qarşı döyüşlərdə öz hərbi cəbbəxanasını gücləndirmək üçün İrandan yüzlərlə PUA almaq niyyətindədir. Belə bir halda, İran Xarici İşlər Nazirliyi bildirdi ki, İran ilə Rusiya arasındakı hərbi əməkdaşlıq Ukrayna müharibəsi başlanmazdan əvvələ qayıdır.

Nyu-York Tayms qəzeti yazıb: İranın/ Azərbaycan, Pakistan və Efiopiya kimi ölkələr tərəfindən satın alınan “Bayraqdar TB 2” pilotsuz təyyarələrinin istehsalçısı olan Türkiyə kimi çətin rəqibləri var və Ukrayna da Rusiyaya qarşı müharibədə onlardan istifadə edibdir.

 

Teqlər