Sen 14, 2022 11:42 Asia/Baku
  • Kaliforniyada 24 aprel rəsmən matəm günü elan edildi

 Amerikanın Kaliforniya ştatında 24 aprel rəsmən matəm günü elan edildi.

SəhərAzəri-nin məlumatına əsasən, Kaliforniya Ştat Şurasının üzvü Edrin Nazaryanın səyləri ilə 24 aprelin qondarma "erməni soyqırımı qurbanlarının anım günü" elan edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü qəbul edilib.

Bu barədə “Armenpress”  “Armenian Weekly” nəşrinə istinadla məlumat yayıb.

Qanun bundan sonra Kaliforniyada dövlət məktəbləri və bələdiyyə kolleclərinin hər il aprelin 24-də bağlanacağını və  həmin günün dövlət işçiləri üçün ödənişli istirahət günü olacağını nəzərdə tutur.

Bu addım Ermənistanla Azərbaycan arasında toqquşmaların yenidən başlanması dövrə təsadüf etdiyindən rəmzi məna daşıyır və erməniləri ruhlandırır. 

Teqlər