Rusiyada atışmada 13 nəfər ölüb
Sen 26, 2022 13:58 Asia/Baku
Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.
TASS xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.