Almaniyada artan enerji qiymətlərinə qarşı etiraz aksiyası keçirilib
Almaniyanın Lubmin şəhərində minlərlə insan enerji qiymətlərinin artırılmasına etiraz edib.
"İRİB-in məlumatına görə, Almaniyanın Lubmin şəhərində üç min etirazçı küçələrə çıxaraq, rəsmilərdən "Şimal axını-2" qaz boru kəməri layihəsini işə salınmasını, ucuz enerjinin təmin edilməsini və Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların ləğvini tələb ediblər.
Məlumata əsasən, "Die Basis" partiyasından olan Martin Klein tərəfindən təşkil edilən etiraz aksiyasında çıxış edənlər "Vətənimizin gələcəyi olsun, nəhayət, "Şimal axını-2" açılsın" şüarları səsləndiriblər və Rusiyaya qarşı sanksiyaların dayandırılmasını və hökumətin istefasını tələb ediblər.
"Şimal axını-2" Boru kəməri Rusiyadan Almaniyanın Meklenburq-Qərbi Pomeraniya əyalətindəki Lumbin şəhərinə çəkilib. Lakin fevral ayında Rusiyanın Ukraynaya hücumundan sonra Almaniya hökuməti onun istifadəsini dayandırıb.