Almaniyada minlərlə mağazası iflas ərəfəsindədir
Okt 03, 2022 11:57 Asia/Baku
Almaniyanın "Şpigel" nəşri bildirib ki, bu ölkədə enerji qiymətlərinin artmasına görə, minlərlə mağaza bağlanmaq ərəfəsindədir.
SəhərAzəri-nin məlumatına əsasən, Almaniya Pərakəndə Ticarət Assosiasiyasının məlumatına görə, 15 000-dən çox alman mağazası artan enerji xərcləri səbəbindən iflasla üzləşib.
Məlumata əsasən, Almaniya Pərakəndə Ticarət Assosiasiyası vitse-kansler və İqtisadiyyat naziri Robert Habeck-ə məktub yazaraq, xəbərdarlıq edib ki, partlayan enerji xərcləri artan sayda pərakəndə satıcıların dolanmasını qeyri-mümkün edib.
Qrup bildirib ki, ilin əvvəlindən orta hesabla 150 faiz artan enerji xərcləri pərakəndə satış şirkətlərinin qazanc əldə etməsinə mane olur.