Noy 02, 2022 16:28 Asia/Baku
  • Putin Ukraynadan təzminat tələb edib

Rusiya prezidenti dünən gecə türkiyəli həmkarına deyibdir ki, taxıl sazişinə yenidən qatılmazdan öncə Kiyevdən real təzminatlar istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, Kremlin yaydığı bəyanata əsasən, Vladimir Putin Rəcəb Tayyıb Ərdoğanla telefon əlaqəsində vurğulayıb: Rusiya xüsusən humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə etməmək sahəsində İstanbul sazişinə dəqiq şəkildə riayət olunması haqda Kiyevdən real təzminatlar istəyir.

Putin Ərdoğana onu da bildiribdir ki, Qara dəniz donanmasına qarşı hadisənin şəraiti barədə tam təhqiqatın aparılması zəruridir.

Vladimir Putin bazar ertəsi günü gecə də- Soçi turizm şəhərində Azərbaycan Respublikası və Ermənistan başçıları ilə keçirdiyi üçtərəfli iclasdan sonra təşkil olunan bir mətbuat konfransında deyib: Ukrayna hökuməti müzakirəyə təmayül göstərməyənədək bu ölkə ilə istənilən razılaşma barədə məşvərət üçün heç bir fürsət təsəvvür olunmur.

Gübrə və taxılın Ukraynanın üç limanından Qara dəniz yolu ilə təhlükəsiz ixracatının əldə olunması üçün Moskva və Kiyev iyulun 22-də BMT və Türkiyənin vasitəçilikləri ilə müqavilələr imzaladılar.

Rusiya müdafiə nazirliyi oktyabrın 29-da bildirdi ki, Ukraynanın Krımın Sevastopol şəhərində hərbi və mülki gəmilərə qarşı PUA hücumundan sonra Moskva taxıl müqaviləsindəkı iştirakını dayandırır.

Rusiyanın taxılın Ukrayna limanlarından ixracatına dair İstanbul razılaşmalarının icrasını dayandırmaq barədəki qərarı bəzi Avropa ölkələri və Amerikanın/ nigarançılıqlar ilə müşayiət olunan vəhşət dolu reaksiyaları ilə üzləşibdir.

 

Teqlər