Noy 05, 2022 11:12 Asia/Baku
  • Quterreş Şimali Koreyanın raket sınaqlarını pisləyib

BMT-nin baş katibi Antonio Quterreş Koreya yarımadasında gərginliyin artması ilə bağlı narahatlığını ifadə edərək, Şimali Koreyanın raket sınaqlarını pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, BMT-nin baş katibi Şimali Koreyanı növbəti təhrikedici hərəkətləri dərhal dayandırmağa və Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam əməl etməyə çağırıb.

Antonio Quterreş Koreya yarımadasında gərginliyin və təxribat xarakterli ritorikanın artmasından dərin narahatlığını ifadə edib və Şimali Koreyanı dərhal danışıqlar masasına qayıtmağa çağırıb.

BMT rəhbəri əsas tərəflərdən davamlı sülhə nail olmaq və Koreya yarımadasının tam və yoxlanıla bilən nüvəsizləşdirilməsinə nail olmaq məqsədilə diplomatik səylərini bərpa etməyi xahiş edib.

Şimali Koreyanın raket sınaqları fonunda  BMT Təhlükəsizlik Şurasının üzvləri cümə günü axşam iclas keçirəcək.

Teqlər