Noy 07, 2022 14:07 Asia/Baku
  • Almaniya şirkətlərinin təkcə 8 faizi gələcəyə nikbindirlər

Bir araşdırmanın nəticələri göstərir ki, Almaniya şirkətlərinin yalnız 8 faizi gələcəyə nikbindir.

SəhərAzəri- "FARS" xəbər agentliyinin məlumatına görə, Almaniya Ticarət və Sənaye Palataları Assosiasiyasının keçirdiyi sorğunun nəticələri sübut edir ki, Almaniya şirkətlərinin 52 faizi əmindir ki, yaxın 12 ay ərzində onlar üçün vəziyyət daha da pisləşəcək.

Məlumata əsasən, müəssisələrin yalnız 8 faizi gələcəyə nikbinliklə baxır və bu, bütün hesablamalar tarixində görünməmiş ən aşağı göstəricidir.

Bədbinliyin əsas səbəbi elektrik enerjisi və qazın baha olmasıdır ki, bu da istehsal sahələrinin başqa ölkələrə köçürülməsinə səbəb olub.

Bu elə bir haldadır ki, son həftələrdə Almaniya vətəndaşlarının bu ölkənin Rusiya ilə müharibədə Ukraynaya yardım etməsinə etirazları artır.

Almaniya kansleri Olaf Şolts bir neçə gün əvvəl deyib ki, ölkə vətəndaşlarının müxtəlif siyasi baxışlara malik olan 30 faizi , ölkənin sanksiya tətbiq etmək və Ukraynayaya silah göndərmək siyasətinə qarşıdır.

Şolts əlavə edib ki, bununla belə, Almaniya Ukraynaya hərbi yardım da daxil olmaqla yardımını davam etdirəcək, 

Bütün geniş siyasi, hərbi, iqtisadi, sosial və hətta mədəni nəticələri ilə Ukrayna müharibəsindən 9 ay keçir və Qərb dövlətləri Ukraynaya silah göndərməkdə davam edir.

Teqlər