Noy 20, 2022 20:22 Asia/Baku
  • Fransızlar ölkələrinin NATO-dan çıxmasını istəyirlər

Parisdə minlərlə fransız aksiya keçirərək, ölkələrinin Şimali Atlantika Alyansı NATO-dan çıxmasını istəyiblər.

"FARS" xəbər agentliyinin məlumatına görə, etirazçılar bayraqlar və plakatlar daşıyaraq, NATO-nun militarizminə qarşı olduqlarını bildiriblər. 

Həmçinin fransalılar, "Sarı jiletlilər" adlandırılan etirazların başlanmasının dördüncü ildönümü ilə əlaqədar paytaxt Parisdə geniş aksiya keçiriblər.

Aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qazdan istifadə edib.

Yayımlanan videolar nümayiş keçirilən yolda polis və təhlükəsizlik qüvvələrinin geniş iştirakından xəbər verir və bəzi videolarda polislə nümayişçilər arasında yaranan toqquşmalar təsvir olunur.

Fransada ekoloji islahatlara nail olmaq məqsədi ilə 2018-ci il noyabrın 17-də başlayan sarı jiletlilərin etirazları qısa zamanda Makron hökumətinə qarşı kütləvi həftəlik nümayişlərə çevrildi.

Avropa Rusiya və Ukrayna arasında gedən müharibənin təsiri altında olduğu bir vaxtda, fransızlar dəfələrlə yaşayış və sığorta qiymətlərinin baha olmasına etiraz ediblər.

Teqlər