Lavrov NATO-nun nüfuzu haqda xəbərdarlıq edib
Rusiya xarici işlər naziri dünən Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun Asiya-Sakit Okean bölgəsindəki nüfuzunun təhlükəsi barədə xəbərdarlıq edib.
Sergey Lavrov deyib: Mənə belə fikirləşirəm ki, NATO-nun üzvləri bir daha iddia edəcəklər ki, bir müdafiə siyasəti öz qüvvəsində qalmaqda davam edir və NATO bir müdafiə alyansı hesab olunur.
Rusiya xarici işlər naziri əlavə edib: Məsələ burasındadır ki, NATO-nun müdafiə xətləri Cənubi Çin dənizində yerləşəcək.
NATO özünün iyun aydakı strateji sənədində Çini iqtisadi-hərbi bir güc kimi bu alyansın dəyərləri, maraqları və təhlükəsizliyi üçün bir problem adlandırdı.
Bu sənəd NATO-nun meyarında dəyişiklikdən xəbər verir. Belə bir halda, Şimali Atlantika alyansının 2010-cu il strategiyasında hətta Çinin adı belə çəkilməmişdi.
NATO-nun baş katibi Yens Stoltenberq son vaxtlar üzv ölkələrdən istəyibdir ki, Rusiya enerjisindən asılılığı tədriclə kəsməklə yanaşı, Çindən yeni asılılıqlar yaratmaq sahəsində də sayıq olsunlar.