Mart 08, 2023 16:23 Asia/Baku
  • Kreml ABŞ hökumətinin Ukrayna siyasətinə öz iradını bildirdi

Vaşinqton müharibəni davam etdirmək üçün hər şey edir

Kremlin mətbuat katibi bildirib ki, Vaşinqton müharibəni davam etdirmək üçün hər şey edir.

Dmitri Peskov jurnalistlərə aşıqlamasında deyib: “Rusiya Ukraynadakı hərbi əməliyyatlar zamanı öz məqsədlərinə nail olmağa davam edir və Ukraynada vəziyyətin sabitləşməsi və atəşin dayandırılması üçün hələlik heç bir ilkin şərt yoxdur.

Rusiya neftinə təyin edilən qiymət maksimumuna toxunan Kreml sözçüsü deyib ki, Rusiya neftin heç bir qiymət maksimumunu tanımayacaq və ölkənin maraqlarına zərər dəyməməsi üçün qabaqcadan tədbirlər görür.

Peskov öz növbəsində Çin XİN-in “Ukraynadakı böhrana gözəgörünməz əlin rəhbərlik etməsi” fikri ilə də razılaşmayıb: “Bu, ABŞ-ın görünən əlidir, Vaşinqton bu müharibənin bitməsini istəmir”, - deyə o əlavə edib.

 

Teqlər