İslam ölkələri Danimarkada Qurani-Kərimin təhqir olunmasını pisləyiblər
Ərəb və İslam ölkələri ayrı-ayrı bəyanatlarda Danimarkada Qurani-Kərimin müqəddəs sahətinə hörmətsizliyi kəskin şəkildə pisləyiblər.
SəhərAzəri-nin məlumatına əsasən, Səudiyyə Ərəbistanı, Qətər, İordaniya, Mərakeş, Küveyt və Liviya, Türkiyə və BƏƏ Xarici İşlər Nazirlikləri ayrı-ayrı bəyanatlarda Danimarkada ifratçı qrupun Qurana qarşı hörmətsizliyini pisləyib və bunu mübarək Ramazan ayinda dünya müsəlmanlarının hisslərini qızışdırmaq kimi qiymətləndiriblər.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi bəyanat yayaraq bildirib ki, Səudiyyə Ərəbistanı Danimarkada ifrat sağçı qrupun Qurani-Kərimin nüsxəsini yandırmasını qətiyyətlə pisləyib.
Liviya Xarici İşlər Nazirliyi bir bəyanatında belə bir təxribatçı və təhlükəli hərəkətin zorakılığı və nifrəti alovlandırdığını bildirib.
Küveyt Xarici İşlər Nazirliyi də Danimarkada bir ekstremist qrupun Quranı yandırmasını kəskin şəkildə pisləyib və bildirib ki, bu yeni təxribat xarakterli hərəkət, xüsusilə də müqəddəs Ramazan ayında bütün dünya müsəlmanlarının hisslərini incidə və təhrik edə bilər.
Digər tərəfdən Qətər xarici işlər nazirliyi verdiyi bəyanatda, bu iyrənc hadisənin, xüsusilə də müqəddəs Ramazan ayında dünyada 2 milyarddan çox müsəlmanın hisslərinə təhrik və ciddi təxribat olduğunu bildirib.
İordaniya Xarici İşlər Nazirliyi də bildirib ki, Quranın yandırılması xüsusilə də mübarək Ramazan ayında müsəlmanların hisslərini təhrik edən, qeyri-insani, əxlaqsız, irqçi və qəbuledilməz bir hərəkətdir.
Türkiyə Xarici İşlər Nazirliyi də baş vermiş insidenti "nifrət cinayəti" kimi qınayıb və bildirib ki, Ankara heç vaxt "ifadə azadlığı adı altında bu cür alçaq hərəkətlərə yol verilməsini" qəbul etməyəcək.
Mərakeş Xarici İşlər Nazirliyi də öz bəyanatında bildirib: "Qurani-Kərimin bir nüsxəsinin təhqir edilməsini və yandırılmasını şiddətlə qınayırıq. Bu, iyrənc bir hərəkət və xüsusilə mübarək Ramazan ayında iki milyarddan çox müsəlmanın müqəddəslərinə və hisslərinə təhqirdir".
Birləşmiş Ərəb Əmirlikləri Xarici İşlər Nazirliyi də təhlükəsizliyi hədəfləyən, əxlaqi və insani dəyərlərə zidd olan hər cür davranışla öz əks mövqeyini vurğulayıb.