Ukraynada "Kaxovka" bəndinin bir hissəsi partladılıb
Rusiya qüvvələrinin nəzarətində olan Xerson vilayətində "Kaxovka Su Elektrik Stansiyası"nın yuxarı hissəsində partıayış törədilib və bu döyüş bölgəsində daşqınlara səbəb olub.
SəhərAzəri-nin məlumatına əsasən, "İSNA"nın məlumatına görə, Ukrayna və Rusiya mətbuatı Ukraynanın cənubundakı Xerson vilayətində Nova Kaxovkada yerləşən "Kaxovka" su elektrik stansiyası bəndinin partladığını və hazırda bəndin suyunun ətraf kəndlərə doğru hərəkət etdiyini açıqlayıb.
Hazırda bu əraziyə nəzarət edən Rusiyaya bağlı yerli hakimiyyət orqanları bu bəndin yaxınlığındakı kənd və qəsəbələrin sakinlərindən dərhal ərazini tərk etməyi xahiş ediblər. Rusiya Fövqəladə Hallar Nazirliyi ən azı 80 şəhər və kəndin bu bənddən axan suyun ziyanına məruz qalacağını bildirib.
Rusiya və Ukrayna orduları bir-birini bu bəndi raket zərbələri ilə partlatmaqda ittiham edir.
Bildirilir ki, Kaxovka bəndinin dağıdılması təcili olaraq, bölgədə yüz minlərlə insanın həyatını təhdid edir və ən azı yaxın 10 il ərzində Krım yarımadasında yaşıyanların su təchizatında ciddi problem yaradacaq.