Pxenyan Ağ Ev-i nüvə cavabı ilə hədələyib
https://azeri.sahartv.ir/news/dünya-i401884-pxenyan_ağ_ev_i_nüvə_cavabı_ilə_hədələyib
Şimali Koreyanın müdafiə naziri bildiribdir ki, Amerikanın atom sualtı qayığının Cənubi Koreyada yerləşən bir limana gəlməsi hüquqi şərait yarada/ və ona əsasən, Pxenyan öz nüvə silahlarından istifadə edə bilər.
(last modified 2024-04-14T09:20:47+00:00 )
İyul 21, 2023 12:13 Asia/Baku
  • Pxenyan Ağ Ev-i nüvə cavabı ilə hədələyib

Şimali Koreyanın müdafiə naziri bildiribdir ki, Amerikanın atom sualtı qayığının Cənubi Koreyada yerləşən bir limana gəlməsi hüquqi şərait yarada/ və ona əsasən, Pxenyan öz nüvə silahlarından istifadə edə bilər.

İki Koreya arasındakı əlaqələr özünün ən aşağı həddinə yerləşir. Belə ki, diplomatik səylər dayandırılıb və Şimali Koreyanın rəhbəri- Kim Çen In, taktiki nüvə silahları da daxil olmaqla silahların yerləşdirilməsinin artırılmasını istəyibdir.

Vaşinqton və Seul bunun cavabında öz hərbi güclərini nümayiş etdirməyi artırıblar. Bu istiqamətdə 1981-ci ildən bəri ilk dəfə olaraq, Amerikanın bir atom sualtı qayığı bu həftə Cənubi Koreyada yerləşən bir limana daxil olubdur.