Avq 29, 2023 16:11 Asia/Baku
  • Bob Menendez Bakını

ABŞ senatoru Robert Menendez bazar ertəsi günü Laçın dəhlizində üç erməninin Azərbaycan sərhədçiləri tərəfindən saxlanmasını qınayaraq bu dövləti "qeyri-adi davranışına" son qoymağa çağırıb.

Senatın Xarici Əlaqələr Komitəsinin sədri Menendez X sosial şəbəkəsindəki paylaşımında yazıb: “Azərbaycanın Dağlıq Qarabağdakı erməniləri qorxutmaq, humanitar yardımı dayandırmaq və BQXK-nın işinə xələl gətirmək məqsədini daşıyan öz çirkin davranışını davam etdirməsi narahatlıq doğurur. Bu qəbuledilməzdir”.

Avqustun 28-də Azərbaycan sərhədçiləri Laçın dəhlizində quraşdırılmış keçid məntəqəsində Ermənistana gedən üç tələbəni Azərbaycanın dövlət bayrağını təhqir etdiklərinə görə saxlayıb.

Ermənistan Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayaraq Azərbaycan hakimiyyətini Dağlıq Qarabağda bütün əhaliyə qarşı kollektiv cəza tətbiq etməkdə günahlandırıb.

 

Teqlər