Sen 24, 2023 20:22 Asia/Baku
  • Paşinyanı Saakaşvilinin taleyimi gözləyir?

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində deyib ki, Rusiya sülhməramlılarını Qarabağın bir sıra kəndlərinin azərbaycanlılar tərəfindən “ələ keçirilməsi” və onlarla erməni hərbçisinin əsir götürülməsi, erməni əhalisinin “qorxudulması”, “Laçın dəhlizinin baglnmsı və Dağlıq Qarabağa sentyabırın 19 da hücumu zamanı hərəkətsizlikdə” ittiham edib.

Bütün bunlar “Rusiya sülhməramlılarının məqsəd və motivləri ilə bağlı ciddi suallar doğurur”, o deyib. Əgər Dağlıq Qarabağ erməniləri üçün real həyat şəraiti və səmərəli müdafiə mexanizmləri yaradılmasa, onlar “öz vətənlərini” tərk etməyə məcbur olacaqlar. "Hadisələrin bu cür inkişafına görə məsuliyyət tamamilə etnik təmizləmə siyasəti aparan Azərbaycanın və Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşəcək", - Paşinyan vurğulayıb. Daha sonra o, dolayısı ilə Rusiyanı üzərinə götürdüyü öhdəlikləri pozmaqda və Ermənistanı müstəqillikdən məhrum etməkdə ittiham edib”. Ermənistan heç vaxt müttəfiqlik öhdəliklərindən əl çəkməyib və heç vaxt müttəfiqlərinə xəyanət etməyib, lakin hadisələr göstərdi ki, bizim uzun illər etibar etdiyimiz müttəfiglərimiz təkcə xarici deyil, həm də daxili təhlükəsizliyimizi və sabitliyimizi təhlükə altına ataraq, diplomatik və dövlətlərarası münasibətlərin bütün etik normalarını pozurlar”, Paşinyan ad çəkmədən deyib.“Biz müstəqilliyimizi qorumaq üçün bütün tədbirləri görəcəyik”, - o əlavə edib və xarici və daxili təhlükəsizlik tədbirlərini gücləndirəcəyinə söz verib

Teqlər